Modern.az

Salyanda ağır qəza - Bir ailənin dörd üzvü yaralandı

Salyanda ağır qəza - Bir ailənin dörd üzvü yaralandı

Hadisə

23 Dekabr 2023, 10:00

Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

 

Qəza nəticəsində bir ailənin dörd üzvü - rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Abışova Gülşən Davud qızı, 1988-ci il təvəllüdlü Abışova Xanım Yusif qızı, 2010-cu il təvəllüdlü Abışzadə Eşqin Emil oğlu və 1988-ci il təvəllüdlü Abışov Emil Həsrətddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!