Modern.az

Xocavənddə beton maşını aşdı - Ölən və xəsarət alan var

Xocavənddə beton maşını aşdı - Ölən və xəsarət alan var

23 Dekabr 2023, 11:44

Xocavənd rayonu ərazisində yol qəzası olub.

 

Modern.az xəbər verir ki, hadisə Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi "DAF" markalı beton vuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

 

Qəza nəticəsində sərnişin - 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!