Modern.az

Dəfələrlə beynəlxalq təşkilatlara məlumat vermişik - Məzahir Pənahov

Dəfələrlə beynəlxalq təşkilatlara məlumat vermişik - Məzahir Pənahov

23 Dekabr 2023, 16:34

“Bizim azad edilmiş ərazilərimiz işğal altında olanda oranın sakinlərinin – seçicilərin səsvermədə iştirakının çətin olduğu haqqında dəfələrlə beynəlxalq təşkilatlara məlumat vermişik”

 

 

Modern.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

 

O qeyd edib ki, beynəlxalq təşkilatlar isə belə bir problemin olduğunu vurğulamayıblar:

 

“Onlar bir dəfə də olsun həmin seçicilərin bu çətinliyini qeyd etməyiblər. Məcburi köçkünlərlə bağlı seçki problemini dedikdə, üstündən keçirdilər, sonradan isə ümumiyyətlə, bu barədə soruşmamağa başladılar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza