Modern.az

İsrail müdafiə naziri Blinkenlə Qəzzanı müzakirə edib

İsrail müdafiə naziri Blinkenlə Qəzzanı müzakirə edib

23 Dekabr 2023, 17:22

İsrailin müdafiə naziri Yoav Qallant və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Məlumata görə, tərəflər Qəzzadakı əsirlər və humanitar yardım məsələsini müzakirə ediblər.

 

Xatırladaq ki, Qəzzada oktyabrın 7-dən indiyə kimi ölənlərin sayı 20 mini keçib. Onlardan azı 8 mini uşaq, 6 min 200 nəfəri qadındır. Yaralananların sayının isə 52 min 600-ü keçdiyi bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza