Modern.az

Naxçıvanda “Heydər Əliyev həftəsi” elan olundu

Naxçıvanda “Heydər Əliyev həftəsi” elan olundu

23 Dekabr 2023, 17:52

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilin son həftəsini (25-29 dekabr) “Heydər Əliyev həftəsi” elan edib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a veriləm məlunata görə, həftə ərzində Ulu öndərin mədəniyyətimiz qarşısındakı müstəsna xidmətlərin həsr olunmuş silsilə tədbirlər gerçəkləşəcək, tamaşa və film nümayiş olunacaq.

 

Belə ki, “Heydər Əliyev həftəsi” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda kitabxanaların inkişafı”, “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda tədbirlər, “Ümummili Lider Heydər Əliyevə həsr olunmuş və onun sevdiyi mahnıların ifaçılıq müsabiqəsi” baş tutacaq, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən A.Babayevin “Xilaskar” tamaşası göstəriləcək.

 

“Heydər Əliyev həftəsi” dekabrın 29-da Ümummilli Liderə həsr olunmuş filmin nümayişi ilə yekunlaşaçaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza