Modern.az

15 yaşlı yeniyetmə atasını ÖLDÜRDÜ

15 yaşlı yeniyetmə atasını ÖLDÜRDÜ

23 Dekabr 2023, 19:39

Balakəndə atasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!