“Bugünkü debatda Cəmil müəllim yaxşı başlamışdı. Polemikaya girməklə çıxışının təsirini çox zəiflətdi. Bu yazıq azərbaycanlıların özlərinin orqinal fikirləri olmur” Modern.az-ın məlumatına görə, bu fikirləri Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, Milli Şura üzvü Rəsul Quliyev Cəmil Həsənli ilə Hafiz Hacıyev arasında baş verən qarşıdurmaya münasibət bildirərkən deyib.
Eks-spiker Hafiz Hacıyevi Jirinovskiyə bənzədib:
“Opponentinin üzərinə maye atmaq Jirinovskidən miras kimi götürülüb. Çoxlarının yadındadır o vaxt Jirinovski Nemçovla mübahisədə uduzurdu və onun üzərinə şirə atdı. Həmin hadisədən yadda qalan onların nə dedikləri yox, ,Jirinovskinin şirə atması oldu. Bu debatdada öz çıxışını məntiqlə qurmuş və kifayət qədər güclü effektə nail olmuş Cəmil müəllim o şəxslə polemikaya girməklə baxanları əsas mövzudan uzaqlaşdırdı. Birincisi camaatın prezident seçkisinə münasibətində seçki yox şoudur fikiri formalaşdı. İkincisi özlərini yaxşı aparmayan studentlər auditoriyadan qovuldu effekti yarandı. Cəmil müəllim gələcək debatlarda heç vaxt heç kimlə polemikaya girməməlidir. Onun dedikləri düzdür, imkan vermək lazımdır xalq özü buna qiymət versin.
Məlum olur ki, guya mənim Cəmil müəllimin əleyhinə işlədiyimi camaata yedirtmək istəyənlərin heç biri heç də onun seçilməsi üçün çalışmır. Belə olmasaydı mənim birinci debatla əlaqədar ,Cəmil müəllimin təbliğinə çox böyük köməyi dəyə biləcək yazımı həmin özlərini müxalifət adlandıran qəzetlər səhifələrində verərdilər”
Anar RÜSTƏMOV