Modern.az

Sülh müqaviləsindən sonra referendum keçirilə bilər - Siyavuş Novruzov

Sülh müqaviləsindən sonra referendum keçirilə bilər - Siyavuş Novruzov

Aktual

24 Dekabr 2023, 12:44

“Referendumla bağlı bir sıra məsələlər gündəmdədir. Regional idarəetmə, struktur dəyişiklikləri, parlamentin sayının artırılması, majoritar və proporsional seçki sisteminə keçməklə bağlı fikirlər səsləndirilir. İctimaiyyətdə bəzi fikirlər var. Partiyalar, iqtisadi qurumlar müxtəlif təkliflər verir. Hesab edirəm ki, Azərbaycanda referendum sülh müqaviləsi bağlanıldıqdan sonra keçirilə biləcək”.

 

Bunu Modern.az-a müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

 

Deputat qeyd edib ki, bunun isə əraziyə heç bir aidiyyəti olmayacaq:

 

“Ümumilikdə, bütün bu proseslər öz həllini tapdıqdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunub, prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması və yaxud da iqtisadi zonaların yaradılması, bələdiyyələrin funksiyalarına müəyyən dərəcədə baxılması, yəni onların sayının azaldılması və birləşdirilməsi ola bilər. Bu məsələlərin toplanıb, kompleks şəkildə həlli üçün referendum keçirilə bilər”.

 

Qeyd edək ki, Siyavuş Novruzovla geniş müsahibəni sabah saytımızda oxuya bilərsiniz.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI