Modern.az

Deputat: “Prezident Administrasiyasından xahiş etdik ki, o məsələni bir az tələsdirsinlər”

Deputat: “Prezident Administrasiyasından xahiş etdik ki, o məsələni bir az tələsdirsinlər”

Parlament

20 Sentyabr 2013, 09:41

““Koopersiyalar haqqında” qanun layihəsi bizdə ikinci oxunuşdadır. Artıq onu Prezident Aparatına təqdim etmişik, yəqin ki, müəyyən dəyişiklər edilib göndəriləcək”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
“Bu yaxınlarda Prezident Administrasiyasındakı mütəxəssislərlə əlaqə saxladıq və xahiş etdik ki, o məsələni bir az tələsdirsinlər. Bizə məlumat verildi ki, oktyabr ayında qanun layihəsinə son rəy veriləcək. Hesab edirəm ki, qanun layihəsini payız sessiyasında komitənin iş planına əlavə edə biləcəyik”.

 

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...