Modern.az

Sumqayıtda zəncirvari qəza - Xəsarət alanlar var

Sumqayıtda zəncirvari qəza - Xəsarət alanlar var

24 Dekabr 2023, 18:52

Sumqayıtda zəncirvari qəza baş verib, xəsarət alanlar var.

 

Modern.az xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

 

"Range Rover" və "Chevrolet" markalı avtomobillər toqquşaraq, öz yolu ilə hərəkət edən mikroavtobusu da hərəkət zolağından çıxarıb.

 

Hadisə nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb. Sürücülərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Fakt araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!