Modern.az

\"Qalib ölkənin vətəndaşı kimi Zabuxda məskunlaşmağa gedirik\"

\

25 Dekabr 2023, 09:23

Mən Laçın şəhər sakiniyəm, amma yoldaşım Zabux kəndindəndir. Bu gün Zabux kəndinə qayıdırıq. Çox qürurvericidir ki, Qalib ölkənin vətəndaşı kimi işğaldan azad olunmuş yerlərdə məskunlaşmağa gedirik.

 

Modern.az xəbər verir ki, su sözləri AZƏRTAC-a açıqlamasında Zabux kəndinə köçən sakin Pərvanə Hüseynova söyləyib.

 

O, torpaqlarımızın işğaldan azad olunmasında canını fəda edən şəhidlərə rəhmət diləyib. Ərazi bütövlüyümüzün bərpa olunmasında əməyi olan Azərbaycan Ordusunun əsgər və zabitlərinə minnətdarlığını bildirib.

 

O deyib: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə cansağlığı arzu edirəm. Dövlətimizin başçısı daim bizim yanımızda oldu, bu gün də onun sayəsində işğaldan azad olunmuş ərazilərə qayıdırıq".

 

İyirmi yaşında Laçından məcburi köçkün düşdüyünü xatırladan P. Hüseynova indiyədək Xətai rayonunda məskunlaşdığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza