Modern.az

Tovuzda ağır qəza - Ölən və yaralılar var

Tovuzda ağır qəza - Ölən və yaralılar var

25 Dekabr 2023, 09:37

Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında "VAZ-2104" və "VAZ-21099" markalı avtomobillərin iştirakı ilə baş verniş qəza zamanı 1 nəfər - 1961-ci il təvəllüdlü Razim Mədətov ölüb.

 

Daha 5 nəfər - 1989-cu il təvəllüdlü V.Məmmədov, 1969-cu il təvəllüdlü H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və 2 azyaşlı xəsarət alıb.

 

Onlar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!