Modern.az

Azərbaycana qarşı təxribatın qarşısı alındı: “DQR”in adı siyahıdan çıxarıldı

Azərbaycana qarşı təxribatın qarşısı alındı: “DQR”in adı siyahıdan çıxarıldı

20 Sentyabr 2013, 11:06

Beynəlxalq Əlbəyaxa Döyüş Növləri üzrə Dünya Assosiasiyasının (WMMAA) rəsmi internet saytında üzv ölkələr arasında “Dağlıq Qarabağ Respublikası rəmzləri” yerləşdirilib. Modern.az saytının gündəmə gətirdiyi bu məsələyə İdman və Turizm Nazirliyi operativ münasibət bildirib. Nazirlik rəsmisi Ərşad Nəsibov artıq lazımi tədbirlərin görüldüyünü bildirib. Doğurdan da Beynəlxalq Əlbəyaxa Döyüş Növləri üzrə Dünya Assosiasiyasının saytında üzvlər siyahısından “Dağlıq Qarabağ Respubliksası”nın adı çıxardılıb.

Qeyd edək ki, WMMAA-nın rus və ingilis dilli versiyaları olan wmmaa.org saytında separatçı rejimin bayrağı, habelə Dağlıq Qarabağda döyüş növləri üzrə qondarma “federasiyanın” rəhbər şəxsləri, yerləşdiyi ünvan və əlaqə nömrələri qeyd olunub. 

Xatırladaq ki, Əlbəyaxa Döyüş Növləri üzrə Ümumdünya Assosiyasının (MMA) fəxri prezidenti məşhur rusiyalı döyüşçü Fyodr Yemelyanenkodur.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular