Modern.az

Vaqif Xaçaturyan yenidən hakim QARŞISINDA

Vaqif Xaçaturyan yenidən hakim QARŞISINDA

25 Dekabr 2023, 12:23

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

Modern.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

 

İş üzrə məhkəmə baxışı 2024-cü ilin yanvarın 7-nə təyin edilib.

 

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vaqif Xaçaturyan 15 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.


Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza