Müasir Müsavat Partiyasının (MMP) sədri prezidentliyə namizəd Hafiz Hacıyevin ötən gün İTV-nin efirində başlatdığı qalmaqaldan sonra sosial şəbəkələrdə onun əleyhinə kampaniya başlayıb.
“Hafiz Hacıyev İctimai Televiziyada keçirilən namizədlərin teledebatı zamanı həm Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozub, həm də milyonlarla Azərbaycan vətəndaşının izlədiyi teledebat zamanı bütün etik sərhədləri pozaraq digər qeydə alınmış namizədləri təhqir edib”-deyə vətəndaşlara müraciət edilib. //www.addim.net/
Kampaniya çərçivəsində Hafiz Hacıyevin namizədliyinin ləğv edilməsi üçün toplanan imzalar Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Anar RÜSTƏMOV