Modern.az

Almaniyada yaşayan azərbaycanlılara müraciət edildi

Almaniyada yaşayan azərbaycanlılara müraciət edildi

Aktual

25 Dekabr 2023, 16:00

Azərbaycanın Berlindəki səfirliyi Almaniyada yaşayan vətəndaşlara müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında qeyd edilib.

 

Bildirilib ki, Prezident seçkiləri ilə əlaqədar Berlində yaradılacaq məntəqədə səs vermək niyyətində olan Azərbaycan vətəndaşlarından (18 yaş və yuxarı) seçicilər siyahısına daxil olunmaları üçün anketi dekabrın 29-dək dolduraraq qeydiyyatdan keçmələri xahiş olunur.

 

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza