Modern.az

Nazirlik müəllimlərə əlavə maaş verilməsi məsələsinə aydınlıq gətirdi

Nazirlik müəllimlərə əlavə maaş verilməsi məsələsinə aydınlıq gətirdi

20 Sentyabr 2013, 11:56

Bir müddət öncəyə qədər ali təhsil müəssisələrinin bakalavr pilləsini bitirən şəxslər yalnız buraxılış işlərini müdafiə etdikdən sonra məzun olurdular. Məlum olduğu kimi, hər buraxılış işinə görə rəhbərin təyin edilməsi həmin müəllimə əlavə saatların yazılmasına səbəb olur. Nəticədə müəllim əlavə əmək haqqı alır. Dövlət imtahanı prosesi yaradıldıqdan sonra ali təhsil müəssisələrinin bəziləri hər iki prosesi (həm dövlət imtahanı, həm buraxılış işini verməyi) saxlasalar da, bəziləri yalnız bakalavrların dövlət imtahanını verməsini seçib, buraxılış işlərindən imtina ediblər. Bu isə ali təhsil müəssisələrinin müəllimlərinə ayrılacaq saatların azalması deməkdir.

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, hazırda ali təhsil müəssisələrinin müəyyən etdiyi qaydada tələbələrin bir qismi buraxılış işini müdafiə edir, digər qismi isə dövlət imtahanı verir. “Buraxılış işinə rəhbərlik edənlərə və dövlət imtahan komissiyasının üzvlərinə Təhsil Nazirliyinin 24 fevral 1994-cü il tarixli 113 nömrəli əmri ilə təsdiq olunmuş “Professor-müəllim heyətinin tədris işi üçün vaxt normasının müəyyənləşdirilməsi, elmi-tədqiqat, elmi-metodik və digər işlərin növləri barədə”  sənədə uyğun olaraq müvafiq həcmdə saatlar ayrılır”.

Yəni buraxılış işləri olmasa belə, müəllimlər dövlət imtahan komissiyasının üzvi olmaqla, ona yenə əlavə saatlar ayrılacaq və buna görə əmək haqqı alacaq.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular