Modern.az

İlham Əliyev və Paşinyan Rusiyada görüşəcək? - AÇIQLAMA

İlham Əliyev və Paşinyan Rusiyada görüşəcək? - AÇIQLAMA

25 Dekabr 2023, 19:04

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin də sabah səfəri gözlənilir. Hər iki lider MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.

 

Modern.az-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sammit çərçivəsində İlham Əliyev və Paşinyanın ikitərəfli görüşünün nəzərdə tutulub-tutulmadığı barədə jurnalistlərin suallarını cavablandırıb.

 

O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ayrı-ayrılıqda ikitərəfli təmasları nəzərdə tutulmayıb, lakin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində müzakirələr baş tuta bilər.

 

"Ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır, lakin hər kəs tədbir çərçivəsində ünsiyyət qura biləcək", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...