Modern.az

Pirotexniki vasitə satanlar cəzalandırıldı

Pirotexniki vasitə satanlar cəzalandırıldı

25 Dekabr 2023, 21:28

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.ax-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində yerləşən mağazalardan birində pirotexniki vasitələrin satıldığı aşkarlanıb.

 

Həmin mağazanın sahibi İ.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 3 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza