Modern.az

Bakıda qız atasını BIÇAQLADI

Bakıda qız atasını BIÇAQLADI

26 Dekabr 2023, 07:52

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

 

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

 

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb. (APA)

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu