Modern.az

Toydan çıxan ər-arvadı maşın vurdu

Toydan çıxan ər-arvadı maşın vurdu

26 Dekabr 2023, 08:04

Bakının Nizami rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.

 

"Planet" şadlıq sarayından çıxaraq əks tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü, Heydərov Mirəziz Ramiz oğlu və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Heydərova Sevinc Nadir qızını minik avtomobili vurub.

 

Yaralılar ağır vəziyyətdə özəl xəstəxanların birinə yerləşdirilib.

 

M.Heydərovun sağ baldır və sol bazu sümüyü sınıb.

 

S.Heydərovaya qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.

 

Fakt üzrə Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!