Modern.az

Elektrik qurğularının istismarı ilə bağlı dəyişiklik 

Elektrik qurğularının istismarı ilə bağlı dəyişiklik 

26 Dekabr 2023, 10:16

1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı “Elektroenergetika haqqında” qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək. 

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna əsasən, 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir