Modern.az

Quba-Xınalıq yolu qardan təmizləndi - FOTO

Quba-Xınalıq yolu qardan təmizləndi - FOTO

26 Dekabr 2023, 11:12

Quba-Xınalıq yolu qardan tam təmizlənib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

 

Modern.az xəbər verir ki, iki gün ərzində dağlıq ərazidə qar yağması nəticəsində, eyni zamanda güclü küləyin təsiri ilə qar kütləsi yolun hərəkət hissəsinə dolmuşdu.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnika və növbətçi briqadaları tərəfindən yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.

 

Sahə rəisi Bilal Sultanov bildirib ki, yolun təhlükəli sayılan hissələrinə nəzarət olunur. Yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Ucqar yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir