“Fransada Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi barbarca hərəkətdir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev bildirib.
“Fransada Azərbaycan parkına qarşı edilənlər hörmətsizlikdir. Fransada almanlardan qisas niyyəti ilə öz qadınlarının başlarını keçəl qırxırdılar ki, guya onların qeyrəti təmizlənir. Sevgi şəhəri Paris yox, Şuşadır. Sevənlər sevdiyini Parisə yox, Şuşaya aparsın”, - o qeyd edib.