Modern.az

\"Azercell\" Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

\

26 Dekabr 2023, 12:22

"Azercell" abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.

 

Modern.az sözügedən rouminq xidmətini sizinlə bölüşür:

 

- İndi rouminq internet paketləri daha əlçatandır. Azercell 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən  faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.  

- Səyahət zamanı “Kabinetim” tətbiqindən, Azercell-in  rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.   

- Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.

"Azercell"in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün: 

//www.azercell.com/az/personal/plans-and-services/roaming.html

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir