Modern.az

ANAMA-nın əməkdaşı minaya DÜŞDÜ

ANAMA-nın əməkdaşı minaya DÜŞDÜ

26 Dekabr 2023, 13:54

Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

 

Bu barədə Modern.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!