Modern.az

Xəbərdarlıq - Güclü külək əsəcək, qar yağacaq

Xəbərdarlıq - Güclü külək əsəcək, qar yağacaq

26 Dekabr 2023, 16:10

Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

 

Dekabrın 28-i səhərdən 29-u səhərədək isə qısamüddətə əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki,Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!