Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 21-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
Aqrometeoroloji şərh
Sentyabrın 21-i axşamdan Respublikanın rayonlarında qeyri-sabit və yağışlı hava səraiti gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması üçün kifayət qədər olacaq, lakin Mərkəzi-Aran rayonlarda yağışlı hava şəraiti pambıq bitkilərində qozaların açılması və pambığın yetişməsini, yığımını və açıq havada qurudulmasını çətinləşdirəcək. Əksər rayonlarda şimşəklə müşaiət olunan yağışlar bağlarda meyvələrin, bostanlarda tərəvəzin və üzümün yığımı, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsini çətinləşdirəcək, lakin bununla yanaşı torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına səbəb olacaq.
Modern.az