Modern.az

Ekologiya naziri yeni zeytun bağlarından danışdı

Ekologiya naziri yeni zeytun bağlarından danışdı

Təhsil

20 Sentyabr 2013, 14:40


Modern.az-
ın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Salyan rayonu ərazisindəki Xıdırlı kəndində “Dəniz suyunun duzsuzlaşdırlması” layihəsilə bağlı kompleksin açılışında olub. Nazir görülən işlərlə maraqlanıb.

“Hər həftə suyun keyfiyyətinə nəzarət edilir. Bəziləri tənqidi fikirlər səsləndirirlər. Halbuki, birinci qurğuların quraşdırılmasından 5-6 il keçib. İnsanlar bu cür sulardan istifadə edən kimi narazılıq edirlər”.

Nazirin sözlərinə görə, ölkə rəhbərinin tapşırığı ilə daha 200 kənd üçün sənədlər hazırlanır.

82 hektarlıq zeytun bağı ilə tanış olan H.Bağırov iqtisadi baxımdan qoyulan xərcin əldə olunacağını bildirib. “4-5 ildən sonra bu bağdan 300 ton zeytun toplanacaq. 300 ton zeytun isə 650-700 ton zeytun yağı deməkdir. Yəni 4-4.5 milyon manat vəsait”.  

Namidə Bingöl  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular