Modern.az

Naxçıvanda daha bir qurum ləğv olundu

Naxçıvanda daha bir qurum ləğv olundu

Aktual

26 Dekabr 2023, 18:56

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi barədə sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qurumun ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edəcək.

 

Qurum, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Ali Məclisinə məlumat verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı