Modern.az

Fransa demokratiya pərdəsi altında çirkin əməllər törədir

Fransa demokratiya pərdəsi altında çirkin əməllər törədir

Aktual

26 Dekabr 2023, 19:17

Fransanın nəinki bugünki, eləcə də son 30 ildəki mövqeyi çirkin məqsədləri Azərbaycan əleyhinə apardığı təbliğat hər birimizə yaxşı məlumdur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev bildirib

 

O qeyd edib ki, Fransa tarixən müstəmləkəçi olub və təcavüzü dəstəkləyib, demokratiya pərdəsi altında dünyada ən çirkin davranışları sərgiləyib.

 

"30 il ərzində Fransa daimi olaraq Ermənistanı dəstəklədi. Sözsüzki, bu dövrdə o, Ermənistanda casus şəbəkəsi formalaşdırıb. O casus şəbəkəsi Azərbaycan əleyhinə təbliğat kampaniyası aparıb. Casus şəbəkəsinin bu gün Azərbaycanda da aşkar edilməsi bir daha göstərir ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək, xalqlara qarşı təxribat törətmək, onları ələ almaq üçün çirkin əməllərə əl atır. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları yerindədir. Son illər həyata keçirilən çox mühim əməliyyatlar, bir çox casus şəbəkələrinin neytrallaşdırılması, satqın insanların ələ keçirilməsi bunu deməyə əsas verir", - deyə o, bildirib.

 

T.Rzayev həmçnin əlavə edib ki, bu dəfə də eyni oldu və Fransanın casus şəbəkəsinin Azərbaycanda aşkar edilməsi göstərdi ki, Azərbaycana qarşı yürüdülən hər hansı bir siyasətin qarşısı vaxtında alınacaq.

 

"Azərbaycan xalqı haqqın, ədalətin tərəfdarıdır. Öz haqqı, hüququ, suverenliyi uğrunda mübarizə aparır və onu heç bir qüvvə sarsıda bilməz. Bizə qarşı göstərilən hər bir təzyiqi dəf etməyə qadirik", - deyə deputat vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı