Modern.az

Bayramovla Abdullahian arasında vacib müzakirə

Bayramovla Abdullahian arasında vacib müzakirə

Aktual

26 Dekabr 2023, 20:04

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

Qeyd edilib ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı