Modern.az

Ağdamda minaya düşən Zaurun FOTOSU

Ağdamda minaya düşən Zaurun FOTOSU

Aktual

26 Dekabr 2023, 22:09

Xəbər verdiyimiz kimi, bu gün Ağdam rayonunda Azərbayca Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zaur Mahmudov minaya düşüb.

 

Modern.az-ın məlumatına görə, o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.

 

Z.Mahmudovun yaxını Mahmud Mahmudovun sözlərinə görə, yaralanan şəxs Bakı şəhərinə aparılacaq. İlkin məlumata görə, ANAMA əməkdaşının sol ayağının daban nahiyəsində problem var. Ümumilikdə isə huşu yerindədir və yaxınları ilə danışır.

 

Qeyd edək ki, Zaur Mahmudov Qazax rayonundadır və üç ildən artıqdır ANAMA-da çalışır.

 

Minaya düşən şəxsin fotosunu təqdim edirik:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı