Modern.az

İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - 2.8 milyon manat... 

İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - 2.8 milyon manat... 

Aktual

27 Dekabr 2023, 11:16

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.

 

Modern.az xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.

 

2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.

 

Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir