Modern.az

Qubada dəhşət - Oğul anasını qətlə yetirdi

Qubada dəhşət - Oğul anasını qətlə yetirdi

Hadisə

28 Dekabr 2023, 07:59

Dekabrın 27-də saat 19 radələrində Quba rayonu Bağbanlar kəndində evlərin birində 1938-ci il təvəllüdlü İsmixanova Zöhrə Qazməmməd qızının küt alətlə aldığı xəsarətlərlə xəstəxanaya çatdırılması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu 1974-ci il təvəllüdlü İsmixanov Zülfüqar Bahəddin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqşəsi zəminində baş ver verib.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!