“Namizədlərin debatlara qatılıb-qatılmamaq hüququnun müəyyən edilməsi İctimai Televiziyaya verilməyib”. Bunu Modern.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib. Onun sözlərinə görə namizədlərin debatlarda iştirakı ilə bağlı qərarı MSK verə bilər.
O bildirib ki, prosesə də elə MSK özü nəzarət edir. “Baş vermiş insidentlə bağlı MSK müvafiq ölçü götürəcək".
M.Rəhimov qeyd edib ki, MSK-nın bugünkü iclasında məsələ ilə bağlı müzakirələr aparılıb müvafiq qərar qəbul olunacaq.
Qeyd edək ki, sentyabrın 19-da namizədlər üçün İctimai Televiziyada ayrılmış ödənişsiz efir vaxtında Milli Şuranın namizədi Cəmil Həsənli ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev arasında qalmaqal yaranıb.
Aqşin Kərimov