Modern.az

Bərdədə piyada ölümü ilə nəticələnən ağır QƏZA

Bərdədə piyada ölümü ilə nəticələnən ağır QƏZA

Hadisə

28 Dekabr 2023, 09:52

Bərdə rayonunda piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, dekabrın 27-də Habil Salahov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində hərəkətdə olan zaman yolu keçməkdə olan piyada - 1938-ci il təvəllüdlü Əli Həsənovu vurub. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəllənin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!