Modern.az

İmişlidə ov edən şəxs saxlanıldı

İmişlidə ov edən şəxs saxlanıldı

Aktual

28 Dekabr 2023, 11:52

İmişlidə ov edən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Məmmədli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakini A.Ağayev saxlanılıb.

 

Həmin şəxsə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı 1 ədəd ov silahı, həmin silaha aid patronlar, 3 ədəd səsgücləndirici və digər ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.

 

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir