Modern.az

Laçın şəhərində daha bir mərkəzin açılışı oldu - FOTO

Laçın şəhərində daha bir mərkəzin açılışı oldu - FOTO

Aktual

28 Dekabr 2023, 13:03

Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılışı olub.

 

Modern.az xəbər verir ki, hələ qədimdən Laçın sənətkarlarının əl işləri ilə də tanınırdı. Məhz bu amil nəzərə alınaraq, Laçında belə bir mərkəz yaradılıb.

 

Mərkəzdə bir vaxtlar Laçında hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətiriləcək, həm də sakinlər iş yerləri ilə təmin olunacaqlar.

 

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.

 

Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək