Modern.az

Gecə yatmayanlarda damar tıxanma riski iki dəfə çoxdur

Gecə yatmayanlarda damar tıxanma riski iki dəfə çoxdur

Aktual

28 Dekabr 2023, 12:44

Gecələr yatmayan insanlarda damar tıxanma riski iki dəfə çoxdur.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı tədqiqat aparılıb.

 

Tədqiqata görə, gecə yuxusu almayan insanlarda damar tıxanması riski erkən oyananlara nisbətən iki dəfə çox olur. Araşdırma çərçivəsində yaşları 50-64 arasında olan 771 nəfərin məlumatları təhlil edilib. Damarlarında sərtləşmə və tıxanmadan əziyyət çəkən bu insanların 41 faizi gecə yatmayan insanlar, 22 faizi isə erkən qalxanlardır.

 

Qan damarlarında yağ yığılması nəticəsində yaranan sərtləşmiş arteriyalar, yüksək təzyiq və xolesterolu olan yaşlı insanlarda daha çox rast gəlinir, infarkt və insult riskini artırır. Gecə yatmamaq yuxu rejiminin pozulmasına səbəb olur. Gecə saatının bu uyğunsuzluğu yüksək qan təzyiqi və iltihabla əlaqələndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək