Modern.az

Rusiyada 17 il əvvəl qətl törədən azərbaycanlı SAXLANILDI

Rusiyada 17 il əvvəl qətl törədən azərbaycanlı SAXLANILDI

Hadisə

28 Dekabr 2023, 13:14

Rusiyanın Ryazan şəhərində 17 il əvvəl qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı saxlanılan şəxsin əslən Azərbaycandan olduğu, 2021-ci ildə Rusiya vətəndaşlığı əldə etdiyi qeyd olunub.

 

Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhərinə aparılıb, ona qarşı cinayət işi açılıb.

 

Qeyd edək ki, 2 yanvar 2006-cı ildə Vıborqda yerləşən yanacaqdoldurma məntəqəsində "VAZ-21072" markalı avtomobildə 31 yaşlı kişinin meyiti tapılıb. Şəxsin ürək nahiyəsindən bıçaqlandığı bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!