Modern.az

Laçında quruculuq işlərində fərqlənən qurumlar mükafatlandırıldı

Laçında quruculuq işlərində fərqlənən qurumlar mükafatlandırıldı

Aktual

28 Dekabr 2023, 14:58

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri işğalçılardan azad edildikdən sonra çox qısa zamanda böyük tikinti-quruculuq işləri həyata keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın indi laçın çağlarını yaşayır desək, yanılmarıq. Qısa zamanda yenidən qurulan Laçın şəhəri indi göz oxşayır.

 

Modern.az xəbər verir ki, Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi təşkil olunub.

 

“Lacınema” Kino Mərkəzində keçirilən mərasimdə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, "Bakı Abadlıq Xidməti" MMC, "Laçın Abadlıq Xidməti" ASC, "Azərenerji" ASC, "Azərişıq" ASC, "Azəriqaz" İB, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və bir çox şirkətlərin rəsmiləri iştirak edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək