Modern.az

Azərbaycan Qəzzaya 2 milyon yardım edib

Azərbaycan Qəzzaya 2 milyon yardım edib

Ölkə

28 Dekabr 2023, 15:30

İtkin düşmüş şəxslərimizin taleyi ilə bağlı qaldırdığımız məsələ bu il də davam etdirilib. 

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

 

Ölkəmiz regional və qlobal əməkdaşlıq çərçivəsində müxtəlif lahiyələrdə iştirak edib. 


Bu il ərzində 22 ölkənin komissiyası ilə diplomatik məsləhətləşmələr aparılıb. 

 

Minalardan əziyyət çəkən ölkə olaraq mina sahəsində apardığımız işlər davam etdirilib. Eyni zamanda Azərbaycan beynəlxalq sahədə əməkdaşlıqları da davam etdirib. Belə ki, humanitar səviyyədə Qəzza zolağında 2 milyon ABŞ dolları səviyyəsində maliyyə yardımı ayrılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI