Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan XİN rəhbəri Bəxtiyor Saidovla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Bəxtiyor Saidov “Telegram”da yazıb.
Özbək diplomatın sözlərinə görə, tərəflər bütün sahələrdə dinamik inkişaf edən Özbəkistan-Azərbaycan tərəfdaşlığını xüsusilə vurğulayıblar. Diplomatlar növbəti il üçün ölkələrarası əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirib.