Sülh müqaviləsinin imzalanmasına gedən yol çox açıqdır. Növbəti mərhədə bunun əldə olunub-olunmayacağını görəcəyik.
Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, sülh müqaviləsinin bağlanmasına qarşı müəyyən məqamlar var:
“Bildiyiniz kimi, sülh prosesi ilə bağlı Azərbaycan təkliflər irəli sürüb. Bunun üzərində danışıqlar aparılır. Biz əgər heç nə əldə olunmamış kimi danışıqlar aparsaq, o zaman uzun müddət danışıqlar aparmalıyıq. Ona görə də fərqli yanaşmadan çıxış edirik”.