Modern.az

Eurovison-da qaydalar dəyişdirildi

Eurovison-da qaydalar dəyişdirildi

21 Sentyabr 2013, 10:20


“Eurovision” müsabiqəsinin səsvermə qaydalarına dəyişiklik edilib. Modern.az Eurovision.tv-yə istinadən bildirir ki, əsas qaydalar dəyişməz qalsa da, ümumi səslərin 50 faizini təşkil edən münsif səsverməsinə dair dəyişiklik edilib. Yeni qaydalara əsasən, münsiflərin adaları gələn il mayın 1-də elan olunacaq. Avropa Yayımlar Birliyi (EBU) finaldan sonra yarımfinal və final mərhələlərində hər ölkə üzrə ayrı-ayrılıqda jüri heyətinin səsverməsinin nəticələrini açıqlayacaq.  

Münsiflər heyətinin tərkibini rəngarəng etmək üçün bundan sonra milli heyətlərə musiqi sənayesinin peşəkarları daxil ola bilər, bir şərtlə ki, onlar bundan əvvəlki 2 müsabiqədə iştirak etməmiş olsunlar.   Müsabiqənin icraçı direktoru Yan Ola Sand bildirib ki, qaydaların sərtləşdirilməsi və səsvermədə şəffaflığın artırılması bütün iştirakçılara, tamaşaçılara, izləyicilərə EBU-nun ədalətli nəticəni təmin etmək üçün hər şeyi etdiyini göstərəcək: “Bu dəyişikliklər göstərir ki, “Eurovision” daim inkişaf edən və zamanın ruhuna uyğunlaşan ənənədir”.

Y. O. Sand qeyd edib ki, EBU müsabiqə zamanı səsvermənin nəticələrinə müdaxilə iddiaları ilə əlaqədar son aylarda araşdırma aparıb: “Araşdırmamız nəticəsində pozuntular barədə sübutlar tapılarsa, biz lazımi tədbirlər görəcəyik”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?