Xarici işlər naziri Ceyhun Bayramov Qarabağda artıq fəaliyyətini dayandıran separatçı qurumun sonuncu "rəhbəri" Samvel Şahramanyanın Ermənistandakı fəaliyyətindən danışıb.
Modern.az xəbər verir ki, o, Şahramanyanı İlya İlf və Yevgeni Petrovun “12 stul” romanının baş qəhrəmanı Ostap Benderə bənzədib.
"Qarabağ ərazisində yaradılmış qondarma qurumun rəhbəri və onun ətrafında olan bir ovuc eyni qəbildən olan insanların Azərbaycandan Ermənistana köç etməsindən sonra yaddaqalan birinci və yeganə addımı Ermənistan hakimiyyətindən ilin sonuna kimi öz maaşlarını tələb etməsi olub", - nazir deyib.
Ceyhun Bayramov hər kəsə romanı oxumağı və romanın əsasında çəkilən filmə baxmağı tövsiyə edib.