Modern.az

Kənd sakinlərinin qaz təchizatı ilə bağlı sualları "Açıq mikrofon"da - FOTOLAR

Kənd sakinlərinin qaz təchizatı ilə bağlı sualları

Aktual

28 Dekabr 2023, 17:02

SOCAR-ın "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Zərdab rayonunda təşkil olunub.

 

Modern.az xəbər verir ki, Gəlmə kəndində keçirilən aksiyanı giriş sözü ilə Tərtər RQİİ-nin baş mühəndisi açıq elan etdikdən sonra mikrofon önünə sakinlər çıxıb. "Açıq mikrofon"a qatılan 30-a yaxın abonent qaz təchizatında hər hansı bir problemlə rastlaşmadıqları üçün ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

Mikrofon önünə çıxanlardan yalnız 2 nəfər qazlaşdırılma ilə bağlı müraciətini ünvanlayıb ki, sahibkar Tərlan Abbasov obyektinin, Zeynəb Səfərəliyeva çalışdığı kitabxananın təbii qazla təchiz edilməsini istəyib.

 

Hər iki müraciət Tərtər RQİİ-nin məsul şəxsləri tərəfindən araşdırılması üçün qeydiyyata alınıb.

 

 

Gəlmə kənd sakinlərinin qaz təchizatı ilə bağlı sualları "Açıq mikrofon"da - FOTOLAR

Gəlmə kənd sakinlərinin qaz təchizatı ilə bağlı sualları "Açıq mikrofon"da - FOTOLAR

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək