Qızılağac Milli Parkında 2023-cü il ərzində ekoturizm sahəsində çoxlu tədbirlər həyata keçirilib.
Modern.az xəbər verir ki, həm ekoloji təqvim günlərinə uyğun həm də məktəblilərin və gənclərin maarifləndirilməsi mövzusunda tədbirlər keçirilib.
Bu tədbirlərin böyük hissəsi təbiətsevərliyə, vətənimizə məxsus flora və faunanın qorunmasına həsr olunub.
Eyni zamanda Milli Parka məxsus olan marşrutlarda təbiətsevərlər əsasən quşları və heyvanları müşahidə etmələri üçün şərait yaradılıb.
Park ərazisində xüsusi müşahidə məntəqələri yaradılıb. Milli Parkın ərazisində fəaliyyət göstərən mühafizə postlarında brokonerliyə cəhd edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib. Bütün illər ərzində olduğu kimi bu il də əsas qarşıya qoyulmuş məqsəd tam şəkildə flora və faunanı mühafizə etmək eyni zamanda yerli və xarici turistlərin Milli Parkımızda tam rahat gəzintilərini həyata keçirmək və öz müşahidələri maraqlı bir şəkildə aparmaqdadır. Növbəti illərdə də bu missiyamiz davam edəcək.