Modern.az

Daha 3 marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Daha 3 marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Aktual

28 Dekabr 2023, 17:40

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

 

AYNA-dan Modern.az-a bildirilib ki, dekabrın 30-dan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən 173A və 173B nömərli şəhərətrafı, eləcə də Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək